SOCAR Gürcüstanın bir hissəsinin qaz təchizatını məhdudlaşdırıb

29.03.2016 09:48     Sosreaksiya     707

“SOCAR Gas Georgia” martın 29-dan aprelin 3-dək Acarıstanın (Gürcüstanın Muxtar Respublikasının) qaz təchizatını dayandırır.  “APA-Economics” xəbər verir ki, bu barədə SOCAR-ın Gürcüstandakı törəmə şirkətinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, buna səbəb Kobuleti-Batumi magistral avtomobil yolunda aparılan təmir işləridir.  

“SOCAR Georgia Gas” abonentlərindən üzr istəyir. Əhalidən olduqca diqqətli olmağı xahiş edirik. Bu müddət ərzində regional ofislərimiz 24 saatlıq rejimdə çalışacaq”, - deyə məlumatda qeyd olunub.

Şərhlər

Çox oxunanlar