Hacıqabulda transformator yandı

29.03.2016 10:08     Sosreaksiya     1052

Hacıqabul rayonunda transformator yanıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Hacıqabul rayonu, Qarasu kəndində transformatorun paylayıcı qurğusunda elektrik açarları yanıb. Paylayıcı qurğunun qalan hissəsi və transformator yanğından mühafizə olunub. 

Yanğın saat 8:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Çox oxunanlar