Dünya Bankı Azərbaycana 140 milyon dollar ayırdı
29.03.2016 10:18 Sosreaksiya 737
Dünya Bankı Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi məqsədi ilə Azərbaycana 140 milyon dollar həcmində maliyyə vəsaiti ayırıb.
Reaksiya.info APA-ya istinadən xəbər verir ki, bu barədə Dünya Bankının mətbuat xidməti xəbər verib.
Məlum olduğu kimi, Azərbaycan hökuməti Bakı-Şamaxı avtomobil yolunun dörd zolağadək genişləndirilməsi üçün bankdan əlavə maliyyə vəsaiti almaq üçün müraciət etmişdi.
Mətbuat xidmətinin məlumatındа həmçinin bildirilir ki, Dünya Bankı, eyni zamanda Belarusa büdcə vəsaitlərinin idarəetməsi sisteminin təkmilləşdirilməsi üçün 10 milyon ABŞ dolları ayırıb.
Şərhlər