Təhsilini yarımçıq qoyan şagirdlərə şans verildi

29.03.2016 12:38     Sosreaksiya     704

Bakı şəhər Təhsil İdarəsi əvvəlki illərdə təhsil alan, lakin təhsilini yarımçıq saxlayan şagirdlər üçün eksternat imtahanları keçiriləcək.

Bu barədə virtualaz.org saytına Bakı şəhər Təhsil İdarəsindən məlumat veriblər.

Xəbərdə deyilir ki, əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub, lakin ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək. Aprelin 1-dən 20-dək sənəd qeydiyyatı aparılacaq. İl məhdudiyyəti qoyulmadan istənilən şəxs müraciət edərək imtahanlarında iştirak edə bilər. İmtahan 3 gün ərzində əsas fənlər üzrə keçiriləcək. Eksternlərin hər günə ən çoxu 5 fənn üzrə imtahan verməsi nəzərdə tutulmuş, hər imtahan günü üçün 3 saat vaxt təyin edilib. Eksternlər hər fənn üzrə 10 suala cavab verəcəklər.

Şərhlər

Çox oxunanlar