Orta məktəbi bitirə bilməyənlərə - Şad xəbər

29.03.2016 13:42     Sosreaksiya     856

Ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  Axar.az-a  verilən məlumata görə, qeydiyyat aprelin 1-dən 20-ə kimi saat 14:00-dan 17:00-dək aparılacaq, sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək.

 

Qeydiyyat üçün tələb olunan sənədlər:

 

1. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş sürəti;

 

2. 2 ədəd 3x4 ölçüdə fotoşəkil;

 

3. Təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış;

 

4. Ümumi orta təhsil haqqında sənədin (şəhadətnamə) notarial qaydada təsdiq olunmuş surəti (tam orta təhsil sənədi –attestat almaq istəyənlər üçün);

 

5. 18 yaşına çatmış hərbi mükəlləfiyyətli şəxslər üçün hərbi bilet və notarial qaydada təsdiq edilmiş surəti və ya hərbi qulluqdan kənarda qalmağa əsas verən sənəd və notarial qaydada təsdiq edilmiş surəti;

 

6. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin adına ərizə.

 

Eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaq.

 

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 4, 5, 6 may tarixlərində saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.

 

Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.

Şərhlər

Çox oxunanlar