Polis maşını saxladı, 7 kq narkotik çıxdı

29.03.2016 14:15     Sosreaksiya     1358

Masallı sakini narkotiki özü üçün aldığını deyib.

Masallı sakini 7 kiloqram narkotik vasitə ilə tutulub. ANS PRESS-in məlumatına görə, Yardımlı rayon  polis şöbəsinin əməkdaşları Masallı-Yardımlı yolunun  39-cu kilometrliyində hərəkətdə olan minik avtomobilini saxlayıb saxlanc yerinə baxış keçirərkən oradan ümumi çəkisi 7 kiloqram olan müxtəlif növ narkotik maddə aşkarlayıb götürüblər.

Araşdırmalar nəticəsində  həmin narkotik vasitənin avtomobildə sərnişin qismində əyləşmiş Masallı şəhər sakini, 49 yaşlı, əvvəllər üst-üstə 20 ilədək məhkumluq həyatı yaşamış Fikrət Cabbarova məxsus olması müəyyənləşdirilib.

Fikrət Cabbarov istintaqa ilkin ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı Yardımlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar