Lerikdə 18 yaşlı gənc özünü güllələyib

29.03.2016 19:46     Sosreaksiya     1054

Lerik rayon sakini ehtiyatsızlıqdan özünü güllələyib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 18.00 radələrində rayonun Livədirqə kəndində qeydə alınıb.

 

Kənd sakini, 1998-ci il təvəllüdlü Elcan İzzət oğlu Zahidov ov tüfəngini təmizləyərkən tüfəng açılıb və güllə ona dəyib.

 

Nəticədə E. Zahidov yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər