Azərbaycan sərhədi yaxınlığında "polis karvanı" partladıldı
30.03.2016 10:41 Sosreaksiya 928
Dağıstanın Mahaçkala şəhəri yaxınlığında Rusiya Daxili İşlər Nazirliyinin avtomobil karvanı partladılıb.
Ans press-in məlumatına görə, naməlum şəxslər polis karvanını keçdiyi "Qafqaz" magistral yolunda iki partlayış törədib.
İlkin informasiyaya görə, hadisə nəticəsində bir nəfər həlak olub. Hadisənin baş verdiyi "Qafqaz" magistral yolu ilə Rusiya DİN-in Dağıstan Respublikası üzrə xidməti avtomobillərindən ibarət karvanı hərəkət edirmiş.
"Ural" zirehli maşını və "UAZ" avtomobili 13 nəfəri aparırmış. Hazırda ərazi polis tərəfindən nəzarətə götürülüb və araşdırmalar aparılır.
Avtomobil karvanı Mahaçkaladan Kaspiyskə gedirmiş.
Şərhlər