Salyanda “KamAZ” çaya düşüb - iki ölü var

30.03.2016 11:01     Sosreaksiya     1056

Salyan rayonunda iki nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Gün.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, “Kamaz” markalı yük avtomobili Salyan rayonu ərazisindən keçən Akkuşa çayına düşüb.

Dərhal FHN-nin Dövlət Sularda Xilasetmə xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarış-xilasetmə işlərinə başlayıblar. Axtarış-xilasetmə işləri nəticəsində 2 nəfərin cəsədi tapılaraq, sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Şərhlər

Çox oxunanlar