Yazıçı Əkrəm Əylisli Bakı hava limanında saxlanılıb

30.03.2016 12:04     Sosreaksiya     833

Yazıçı Əkrəm Əylisli bu gün səhər Bakı hava limanında saxlanılıb.

O, bu gün səhər Venesiyada 30 mart – 2 aprel tarixlərində keçirilən “Incroci Di Civilta” Beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün ölkədən çıxmaq istəyib.

Ə.Əylisli saat 5:11-də 613 saylı reyslə uçmalı idi. Amma sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.

Həyat yoldaşı Qalina Əylislinin “Turan” agentliyinə bildirdiyinə görə, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın nə ilə bağlı olduğu açıqlanmayıb.

Q.Əylisinin dediyinə görə, Ə.Əylisli böyük oğlu İlyas Əyilsli ilə birgə Nəqliyyatda Baş polis İdarəsinin hava limanındakı bölməsində saxlanılır. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu hələ də oradan buraxılmayıblar.

 

(Virtualaz.org)

Şərhlər

Çox oxunanlar