Bakıda yeni tikililərin sakinləri birləşir - İdarəçilik

07.07.2015 13:58     Sosreaksiya     1942

Nazirlik tərəfindən ölkə üzrə dövlət qeydiyyatına alınan MMMC-lərin sayı artıq 8-ə çatıb.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, ölkə üzrə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) yaradılması davam edir.

 

Məlumata görə, Bakı şəhərinin Yasamal rayonu, Zahid Xəlilov küç., ev 74 ünvanında yerləşən 15 mərtəbəli, 3 bloklu, 112 mənzilli binada rayon üzrə növbəti mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaradılaraq qeydiyyat orqanında "Yasamal-4" MMMC adı ilə dövlət qeydiyyatından keçib. Bununla da respublikada dövlət qeydiyyatına alınan MMMC-lərin sayı 8-ə çatıb.

 

Bununla yanaşı, hazırda Bakı şəhəri və respublikanın digər şəhərlərində çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

 

Qeyd edək ki, MMMC çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi nəticəsində yaradılan idarəetmə üsuludur.

/axar.az/

Şərhlər

Çox oxunanlar