Diqqətli olun: - Bakıda manyak peyda olub

30.03.2016 20:06     Sosreaksiya     1303

Bakıda uşaqlara qarşı təhqiramiz hərəkətlər edən manyak peyda olub. 

 

Lent.az-ın məlumatına görə, bir neçə gün əvvəl 37 yaşlı qadın 8-ci Polis Bölməsinə müraciət edərək Oqtay adlı şəxsin Mikayıl Useynov küçəsində onun oğluna qarşı alçaldıcı hərəkət etdiyini bildirib. Şikaytətçi bildirib ki, həmin şəxs 13 yaşlı oğlanın 20 manat pulunu alıb. Daha sonra isə yeniyetmənin üzərinə təbii ehtiyacını yerinə yetirdikdən sonra pulu qaytarıb.
 
Oxşar müraciətlə başqa bir qadın da polisə müraciət edib. 35 yaşlı həmin şikayətçi bildirib ki, Oqtay adlı şəxs M.Useynov küçəsində onun 11 yaşlı oğluna qarşı alçaldıcı hərəkətlər edib. Belə ki, Oqtay adlı şəxs uşağı bıçaqla hədələyərək 80 manatını alıb və daha sonra onun üzərinə təbii ehtiyacını ödəyib.
 
Artıq uşaqlara qarşı alçaldıcı hərəkətlər edən şəxsin kimliyi müəyyən edilib. Məsələ ilə bağlı araşdırmalar aparılır.

Şərhlər

Çox oxunanlar