HƏBSXANADA DƏHŞƏT: Cinsi zorakılığa görə “lezva” işgəncəsi - FOTOLAR
30.03.2016 20:23 Sosreaksiya 2872
O, başına belə işgəncələrin gətiriləcəyini bilsəydi, bəlkə də bu səhvi etməzdi. Ehtirasın qurbanı olan futbolçu hazırda həbsxana divarları arasında həyatının ən dəhşətli günlərini yaşayır. Söhbət “Sanderlend”in sabiq futbolçusu Adam Consondan gedir.
Publika.az xəbər verir ki, yetkinlik yaşına çatmayan qız uşağına qarşı cinsi zorakılıqda ittiham olunan Adam 6 il müddətinə həbs olunub. Dəmir barmaqlıqlar arxasında təmizlik işlərinə baxan sabiq futbolçu həftədə 13 avro əməkhaqqı alır. Amma onun sakit həyat sürdüyünü demək çətindir.
Türmədə heç də hörmətlə qarşılanmayan məhbus ciddi təhdidlərlə qarşılaşıb. Əlbəttə, həbsxanada “srok çəkən” kifayət qədər “Lids” və “Bredford” azarkeşləri var və onlar Consonu “yaxşı” tanıyırlar.
İngiltərənin “San” nəşrinin məlumatına görə, bir neçə məhbus hamamda Adama hücum çəkərək “lezva” ilə ona xəsarət yetiriblər. Mənbənin adını açıqlamadığı ölüm hökmü almış məhbuslardan biri bu işgəncənin davamlı olacağını bildirib. Çarlz adlı zek isə hadisənin təfərrüatını belə danışıb: “Onun qollarını burdular, əllərini, üzünü və cinsiyyət orqanının ətrafını doğradılar, sonra isə birisi ülgücü onun yanbızına çəkdi”
Şərhlər