Əkrəm Əylisli sərbəst buraxıldı

30.03.2016 22:13     Sosreaksiya     1311

Yazıçı sabah hər şey haqqında danışacağını, geniş açıqlama verəcəyini deyib.

Yazıçı Əkrəm Əylisli sərbəst buraxılıb. ANS PRESS-in məlumatına görə, bu barədə APA-ya Ə. Əylislinin özü məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarında havalimanında saxlanılıb.

"Kitab tədbirinə gedirdim, icazə vermədilər. Mən saxlanılan zaman ümumiyyətlə insident baş verməyib. Təklif etdim ki, bizi başqa reylsə yola salın, etmədilər”,- Əylisli bildirib.

“Sizin haqqınızda cinayət işi başlanılıbmı?” sualına yazıçının cavabı belə olub: “Bu haqda danışmaq istəmirəm. Evə indi çatmışam, yorğunam. Sabah hər şey haqqında danışacağam, geniş açıqlama verəcəyəm”.

ANS PRESS xatırladır ki, Əkrəm Əylisli bu gün səhər Bakı hava limanında saxlanılıb. O, bu gün səhər Venesiyada 30 mart – 2 aprel tarixlərində keçirilən “Incroci Di Civilta” Beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün ölkədən çıxmaq istəyib.

Ə.Əylisli saat 05:11-də 613 saylı reyslə uçmalı idi. Amma sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.

Daxili İşlər Nazirliyi yazıçı Əkrəm Əylislinin saxlanması məsələsinə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə ANS PRESS-ə bildirib ki, Əkrəm Əylisli Beynəlxalq Hava Limanında buraxılış məntəqəsindən keçərkən məntəqə əməkdaşları ilə münaqişə yaradıb.

Şərhlər

Çox oxunanlar