Qardaş dərdinə dözməyən qız özünə qəsd etdi
31.03.2016 11:31 Sosreaksiya 1141
Gədəbəy rayonunda intihara cəhd olub.
Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Gərgər kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Ruhanə Niyazi qızı İsmayılova sirkə turşusu ilə zəhərlənmə əlamətləri ilə xəstəxanaya gətirilib.
Ona dərhal lazımi tibbi yardım göstərilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının verdiyi məlumata görə, bir müddət əvvəl R. İsmayılovanın cavan qardaşı dünyasını dəyişib. 25 yaşlı qadın da qardaşının həsrətinə dözmədiyi üçün sirkə turşusu içərək intihara cəhd edib.
Faktla bağlı Gədəbəy Rayon Polis İdarəsində araşdırma aparılır.
Şərhlər