“Televiziyalarda plüralizmdən əsər-əlamət yoxdur”

31.03.2016 12:07     Sosreaksiya     699

Mehman Əliyev: “Telekanallarda kimlərin çıxış edib-etməyəcəyi siyahı üzrə müəyyənləşib”

Reaksiya.info xəbər verir ki, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Moderator.az-a açıqlamasında ölkə telekanallarını sərt tənqid edib. Ekspert televiziyaların fərqli fikir və rəylərə yer vermədiyini vurğulayıb:

“Bu gün cəmiyyət mediadan, televiziyadan  düzgün, obyektiv informasiya ala bilmir. Hər bir eksperti, hər bir mütəxəssisi eşidə bilmir. Televiziyaların hansı vəziyyətdə olduğu hər kəsə bəllidir. Kimlərin televiziyada çıxış edib, kimlərin çıxış etməyəcəyi siyahı üzrə müəyyənləşib. Siz televiziyalarda plüralizm görürsünüzmü? Televiziyalarda daim rəsmi dövlət nümayəndələri çıxış edir, sonra da bunun adını plüralizm qoyurlar. Məgər bu plüralizmdir? Biz heç bir telekanalda hökumətin tənqidini eşitmirik. Belə bir şey yoxdur. Belə olan halda hansısa plüralizmdən danışmaq absurddur”.

Şərhlər

Çox oxunanlar