Müəmmalı uğultu indi də Günəşlidən eşidilir - VİDEO

31.03.2016 14:46     Sosreaksiya     999

Uğultu insanların narahatlığına səbəb olub.
 
Bir neçə gün əvvəl Bakı ətrafında, xüsusilə də Badamdar qəsəbəsində vətəndaşları narahat edən müəmmalı uğultu bu dəfə Yeni Günəşli qəsəbəsində insanların narahatlığına səbəb olub. Reaksiya.info  Bizimyol.info-ya istinadən eyni məsələ ilə bağlı qəsəbə sakinlərinin gecə saatlarında qeyd elədiyi səs yazısını təqdim edir. 
 
Bir az külək duyulsa da səslərdə kənar uğultuların olduğu aydın bilinir. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi başda olmaqla heç bir rəsmi instansiya sözügedən müəmmalı səslə bağlı dəqiq açıqlama vermir, vətəndaşlar isə narahatdırlar.
 

Şərhlər

Çox oxunanlar