Əkrəm Əylisliyə qarşı cinayət işi açıldı

31.03.2016 17:19     Sosreaksiya     869

Yazıçı Əkrəm Əylisliyə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Bu barədə Gün.Az-a yazıçının oğlu Nəcəf Naibov məlumat verib.

O deyib ki, atası barəsində cinayət işi açılması haqqında məlumat DİN Hava Nəqliyyatında Polis İdarəsindən məlumat verilib.

Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi üzrə 160 saatdan 200 saata qədər ictimai iş və ya 1 ilə qədər islah işləri, yaxud 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Xatırladaq ki, Ə.Əylisli Bakı-Frankfurt reysi ilə uçmaq istəyərkən sərhəddə onu saxlayıblar.

Ə.Əylisli Venetsiyada ədəbiyyat festivalında iştirak etməli idi.

Şərhlər

Çox oxunanlar