Daha bir sürüşmənin qarşısı alındı
01.04.2016 09:57 Sosreaksiya 717
Bakı-Şamaxı-Yevlax yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində baş vermiş çökmənin qarşısı alınıb.
Bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, Bakı-Şamaxı-Yevlax yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində yolun çökməsi ilə yanaşı, sürüşmə də baş verib: "Artıq həmin ərazidə çökmüş yol bərpa olunub. Sürüşmənin təkrarlanacağı təqdirdə avtomobil yoluna ziyan vurulmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir".
Xatırladaq ki, bu il fevralın 27-də Bakı-Şamaxı-Yevlax yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində sürüşmə baş vermişdi. Sürüşmə nəticəsində yolun bir hərəkət zolağı çökmüşdü.
Şərhlər