Kürdəmirdə 75 yaşlı qadın sirkə turşusu içərək ölüb
01.04.2016 10:06 Sosreaksiya 1043
Kürdəmirdə 75 yaşlı qadın zəhərlənərək ölüb.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Kənd sakini, 75 yaşlı Şövkət Əzizova ehtiyatsızlıqdan sirkə turşusu içib. Nəticədə o zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər