Cəmil Həsənli istefa xəbərinə aydınlıq gətirdi
01.04.2016 10:41 Sosreaksiya 787
Milli Şuranın sədri Cəmil Həsənli qurumun rəhbərliyindən istefa verməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Reaksiya.info xəbər verir ki, C. Həsənli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, istefası ilə bağlı yayılan məlumatlar xəbəri yoxdur: “Buna bənzər bir şey yoxdur. Adamlar yəqin bunu arzulayıb yuxuda görürlər və öz yuxularını həqiqət kimi təqdim verirlər. Halbuki bu mövzu heç kimin yadına düşmür. Mənim Milli Şura üzvləri ilə aramda heç bir problem yoxdur. Məlumat qətiyyən doğru deyil”.
Şərhlər