Azərbaycanda növbəti müəllim-şagird qalmaqalı – bu dəfə şagirdlərin saçı qırxıldı - FOTOLAR - VİDEO

01.04.2016 11:34     Sosreaksiya     1126

Tovuz rayonunun orta məktəblərindən birində anlaşılmazlıq olub.

Reaksiya.info  Region TV-yə istinadən xəbər verir ki, bir qrup valideyn Elşad Tağıyev adına Tovuz rayon Cəlilli kənd tam orta məktəbinin dərs hissə müdiri Zeynəb Həsənovanın şagirdlərin saçını qırxdığından şikayət ediblər.

Onlar müəllimi şagirdə qarşı heç bir təlim tədris qaydalarına sığmayan davranışda ittiham edirlər.

Zeynəb Həsənova isə səslənən ittihamlarla razılaşmır. Rayon Təhsil Şöbəsi məktəbdə yaranan anlaşılmazlıqla bağlı xüsusi komissiya yaradıb.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar