Yanacaqdoldurma məntəqələrində sayğaca necə "əl gəzdirirlər?"
01.04.2016 11:51 Sosreaksiya 761
Yanacaqdoldurma məntəqələrində vətəndaşları aldatma halı getdikcə daha da artır. Bununla bağlı yayılan son videogörüntüdə aldatmanı açıq-aşkar müşahidə etmək mümkündür. Vətəndaş 65 litr yanacaq tutan avtomobilin çəninə yanacaq doldurma məntəqəsində 75 litr yanacaq vurulması haqda görüntüləri yayımlayıb.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bu cür halların tez-tez baş verdiyini bildirib.
Onun sözlərinə görə, bunu edənlər kriminal niyyətli adamlardır: "İnsanın əlində hər şey mümkündür. Yanacaqdoldurma aparatlarında sayğac var. Həmin elektron sayğac sərf olunan yanacağı hesablayır. Ona bir az "əl gəzdirirlər", necə istəyirlər, sayğac da o cür hesablayır. Sayğacın tutum dərəcəsini pozurlar. Ümumiyyətlə, kriminal niyyətli adamlar çox istedadlı olurlar. Aparat rəqəmsal olarsa, yaddaşına, mexaniki olarsa, barometrlərinə müdaxilə edirlər. Bunlar xüsusi "istedaddır" ki, onu da ancaq kriminal niyyətli adamlar bacarırlar".
(Cebhe.info)
Şərhlər