Bu telefon nömrəsini yadda saxlayın! - DİN-dən açıqlama
01.04.2016 12:28 Sosreaksiya 745
Mediada dəfələrlə yer alan xəbərdarlığa baxmayaraq kontur dələduzlarının qurbanı olan şəxslərin sayı hər gün daha da artır. Xəbər verdiyimiz kimi, həmin hal dünən müğənni Faiq Ağayevin də başına gəlib, xalq artisti sözügedən dələduzlara aldanaraq şəxsi kontur hesabından söylənən məbləği (40 manatı) geri göndərib.
Məsələylə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, bu kimi hallarda dələduzların tapılmasını istəyən şəxslər ilk növbədə polisə müraciət etməlidir:
“Hər hansı bir şəxs dələduzluq qurbanı olursa, mediaya yox, yaşadığı ərazidəki polis orqanlarına və yaxud 102 zəng mərkəzinə dərhal məlumat verməlidir. Bizə müraciət etmədən sosial şəbəkədə yazmaq onların öz günahıdır. Dələduzluq halı yaşandıqda dərhal bizə müraciət olunmalıdır ki, polis həmin şəxsləri isti izlərlə ifşa etsin”.
Qeyd edək ki, sözügedən nömrə (050) 856-92-75 nömrəsidir. Bu nömrənin sahibi bir neçə vətəndaşa qarşı bu dələduzluq üsulundan istifadə edib. Belə ki, o, vətəndaşlara zəng edərək guya, səhvən onların balansına pul yüklədiyini deyir. Daha sonra həmin məbləği geri tələb edir. Məhz xalq artisti Faiq Ağayevə zəng edən şəxs özünü Elvin kimi təqdim edib.
(FaktXeber.com)
Şərhlər