Azərbaycanlı alim "ömürlük" material ixtira etdi - VİDEO

01.04.2016 16:17     Sosreaksiya     819

Rütubətli regionlar üçün həm nəm problemini yox edəcək, həm ömürlük, həm də daha ucuz başa gələcək yeni tikinti materialı ixtira olundu. Azərbaycanlı alim bu iddialı kəşfini ictimaiyyətə təqdim etməyə hazırdır. Yeganə problem patent alınması ilə bağlıdır.
 
İnşaat konstruksiyaları sahəsində texniki elmlər doktur olan Suriddin Əsgərovun bu sahədə əldə etdiyi yeniliyi açıqlayırıq: bina üzərində ömürlük rəngini dəyişməyən fasadlar... Alim ixtira etdiyi fasad materialı üzərində uzun illərdir araşdırma apardığını deyir. Nəticədə çatlamayan, suya və nəmə davamlı, eyni zamanda yanğından qoruyan bina üzlüyü hazırladığını iddia edir.  Suriddin Əsgərov hazırladığı yeni fasad materialının xüsusən rütubətli regionlar üçün sərfəli olduğunu düşünür. Alimin yeni ixtirası yağış zamanı evləri sudan və nəmdən qoruyacaq. Əvvəllər ölkədə tikilən binaları su və rütubətdən  qorumaq üçün üzlük daşlarının üzərinə xüsusi yapışqan vurulurdu. Bu üsul gözlənilən effekti vermədiyindən tikinti şirkətləri yapışqandan istifadəni dayandırdı.  Suriddin Əsgərov iddia edir ki, onun hazırladığı yeni material daha keyfiyyətli və ucuz başa gələcək. Səbəb qatqının tərkibində istifadə edilən tozların yerli daşlar əsasında hazırlanmasıdır. Bundan əlavə, qatqının tərkibində həm də mineral maddələr mövcuddur.  Azərbaycanlı alim ixtira etdiyi fasad materialının ömürlük olduğunu deyir. 
 
 
(FaktXeber.com)

Şərhlər

Çox oxunanlar