Ailədaxili münaqişələr zamanı törədilən cinayətlərin səbəbi - Psixoloq
01.04.2016 16:30 Sosreaksiya 832
“Son dövrlərdə hədsiz informasiya bolluğu, xəbər başlıqlarında cinayət xəbərlərinin manşet olaraq verilməsi, seriallarda və s. cinayət və gərgin ailədaxili münasibətlərin insanlara göstərilməsi bu mənfi situasiyaların insanlar üçün adiləşməsinə, ictimai qınağın azalmasına gətirib çıxarır. Bu da nəticədə əvvəlki dönəmlərdə yaşanan və böyük qınağa səbəb olan mənfi situasiyalar son dövrlərdə normal hadisələr olaraq qarşılanır”. Bunu İnterAz-a açıqlamasında psixoloq Fidan Azərqızı söyləyib.
Psixoloq bildirib ki, ailə-məişət münaqişəsi yaşayan bir qrup insanlar düşdükləri konfliktli situasiyaları düzgün qiymətləndirə bilmirlər. Bu da sonda arzuolunmaz və dəhşətli cinayətlərin baş verməsi ilə nəticələnir: “Yaxın günlərdə atanının 6 yaşlı övladını öldürməsi cinayətinə heç bir halda haqq qazandırmaq mümkün deyil. Ata övladını öldürməyi gözə ala bilibsə və özünü idarə edə bilməyibsə, konkret olaraq həmin insanda psixoloji və psixiatrik problemlərin olmasını göstərir. İnsanlar bilməlidir ki, fiziki problemlərin olması onların öz həyatları, həmçinin psixi və psixiatrik narahatçılıqlarının olması isə cəmiyyət və ən əsası yaxın insanlar üçün ciddi təhlükədir. Vaxtında professional dəstək almaqla bu tip mənfi halların yaşanmasının qarşısını almaq mümkündür. Stress yaradan hadisələrin çox olduğu bir zamanda yaşadığımız üçün psixoloji durumumuza hər zaman diqqət etməli, enerjimizi düzgün istiqamətlərə yönləndirməliyik. Bizə mənfi təsir edən hər bir hadisə və informasiyalardan qaçmalıyıq”.
Şərhlər