İtkin düşən gənc müvəqqəti saxlanma təcridxanasında olub

01.04.2016 21:05     Sosreaksiya     1241

"Polis əməkdaşları bizim onu axtardığımızı bilmədikləri üçün məlumat verməyiblər".

Ötən gün itkin düşdüyü barədə xəbər yayılan Elşən Məmmədov bu gün tapılıb. Bu barədə ANS PRESS-ə onun ailə üzvləri məlumat veriblər.

Onların sözlərinə görə, 27 yaşlı gənc evdən çıxandan sonra gənclər arasında baş verən davaya qarışdığı üçün Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

"Elşən evdən çıxdığı gün davaya qarışdığı üçün tutulub və inzibati qaydada həbs edilib. Ancaq polis idarəsindən onu axtardığımızı bilmədikləri üçün bizə məlumat verməyiblər. Bu gün bizə bildirildi ki, o hazırda müvəqqəti saxlanma təcridxanasındadır və yaxın günlərdə evə buraxılacaq", -deyə ailə üzvləri bildirdilər.

Bərdə şəhərinin Nəriman Nərimanov küçəsində qeydiyyatda olan 1989-cu il təvəllüdlü Elşən Elçin oğlu Məmmədov mart ayının 26-da Bakıda NZS qəsəbəsindəki yenicə kirayə tutduğu evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun evdən çıxarkən əynində qara şalvar, tünd göy gödəkcə, qara ayaqqabı olub. Onun axtarışlarını Xətai Rayon Polis İdarəsi əməkdaşları həyata keçirirdi.

Elşənin qardaşı 27 yaşlı gəncin əsəb xəstəliyindən əziyyət çəkdiyini və kimliyi hələlik bilinməyən şəxslərdən qaçdığını bildirmişdi.

Elçin Məmmədov- İtkin düşən gənc
Elçin Məmmədov- İtkin düşən gənc

 

Şərhlər

Çox oxunanlar