2 Aprel Autizmlə mübarizə günüdür

02.04.2016 00:05     Sosreaksiya     1067

Hələ autizmin adı qoyulmadan çox əvvəl autistik simptomlar  müalicəsi təyin olunmuşdur. Martin Luterin əsərlərində şiddətli dərəcədə autistik ola biləcək olan 12 yaşında bir oğlanın əhvalatı vardır. 1798-ci ildə tutulmuş yabanı bir uşaq olan Aveyronlu Victor, autizmin müxtəlif əlamətlərini göstərmişdir; tibb üzrə oxuyan tələbə Jean Itard, ictimai bağlar qurmasına və təqlid yoluyla danışmasını təmin etməyə yarayan davranış üsullu bir proqramla uşağı müalicə etmişdir.

Autizm sözcüyü  ilk dəfə 1938-ci ildə Vyana Universitet Xəstəxanasından Hans Asperger tərəfindən uşaq psixologiyası üzərinə apardığı Almanca bir dərsdə Bleulerin "autistik psixopatlar" terminologiyası ilə istifadə edilmişdir. Asperger, hal-hazırda Asperger sindromu olaraq bilinən bir ASP(Autistik Apektrum Pozuqluğu) növünü araşdırırdı, ancaq bu sindrom müxtəlif səbəblərə görə 1981-ci ilə qədər ayrı bir diaqnoz olaraq tanınmamışdır. Johns Hopkins Xəstəxanasından Leo Kanner 1943-cü ildə təəccüblü davranış bənzərliklər göstərən 11 uşaq haqqında yazdığı hesabatında ilk olaraq erkən infantil autizm terminini istifadə etmişdir. Kannerin ilk məqaləsində təyin olunan, xüsusilə "Autistik yalnızlıq" və "dəyişməməkdə israr" kimi xüsusiyyətlərin az qala bütünü hələ autistik spektrum pozuqluqlarının tipik xüsusiyyətləri olaraq görülməkdədir. Kannerin, termini Aspergerdən asılı olaraq istifadə edib, etmədiyi bilinməməkdədir.

 

Autizm, onun yaranması, fəsadları və.s ilə bağlı suallarımızı psixoloq Cəmalə Cəbiyeva cavablandırdı.

Xəstəliyin  yaranma səbəbləri nələrdir? Ən çox neçə yaş arası insanlarda  qeydə alınır?

İlk növbədə qeyd etmək lazımdır ki, bu bir xəstəlik deyil, davranış pozğunluğu nəticəsində qazanılmış yaşayış tərzidir.  Xəstəlik isə zehinsel və fiziksəl əngəli olanlara aid edilir. Autizm  “özünə qapanma”, “öz dünyasını yaratma” deməkdir, 2 yaşdan başlayaraq formalaşmağa başlayır.

Bildiyimə görə, autizm ömür boyu sürür. Demək ki, tamamilə sağalmaq mümkün olmur...

Bu zaman psixoloqlar əsas rol oynayır və autizm psixoloqların apardıqları qənaətbəxş işlər nəticəsində 50%-dən 100%-ə qədər düzələ bilir.

Autizmin fəsadları nələrdən ibarətdir? Və müalicə metodları kimi nələri göstərmək olar?

Fəsadları odur ki, ilk növbədə həmin uşaq  və ya gənc  özünə, ailəsinə, daha sonra cəmiyyətə zərər verir.  Autizmin müalicəsi müxtəlif təlimlərlə həyata keçirilir. Əslində buna müalicə də demək düzgün deyil , xüsusi təlimlər vardır ki, onlar tətbiq edilir.

 

Röya

Şərhlər

Çox oxunanlar