Bakı-Qazax yolunda - Ağır qəza

02.04.2016 11:14     Sosreaksiya     1255

Bakı-Qazax magistral yolunda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə yolun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Hyundai" markalı yük avtomobili ilə "Nissan" markalı avtomobilin toqquşması nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

(APA.az)

Şərhlər

Çox oxunanlar