Dövlət Gömrük Komitəsi sahibkarlara müraciət etdi

02.04.2016 14:49     Sosreaksiya     753

Dövlət Gömrük Komitəsi gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılması məqsədilə aprelin 4-dən etibarən elektron bəyanetmə sistemi ilə bağlı pilot layihə tətbiq edəcək.

Komitənin mətbuat xidmətindən  Axar.az-a verilən məlumata görə, malların bəyan edilməsində yeni texnologiyaların tətbiqini və gömrük rəsmiləşdirilməsinin yeni qaydalarla aparılmasını nəzərə alaraq, bəyanetmə prosedurlarında səhvə yol verilməsinin və digər qanunverici aktların tələblərinin pozulmasının qarşısını almaq məqsədilə və bu istiqamətdə sahibkarlara dəstək vermək üçün yeni elektron bəyanetmə sistemi pilot layihə olaraq gömrük təmsilçiliyi institutu çərçivəsində həyata keçiriləcək.

Şərhlər

Çox oxunanlar