Şəhid gizir sabah Neftçalada dəfn olunacaq

03.04.2016 22:51     Sosreaksiya     1223

Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən Milli Ordunun giziri Səlimov Elimdar Səlimxan oğlu da qəhrəmancasına həlak olub.
 
Virtualaz.org bildirir ki, o, 1992-ci ildə Neftçala rayonunun Qaramanlı kəndində anadan olub. Şəhidin tabutunun bu saatlarda doğma kəndinə gətiriləcəyi gözlənilir.
 
Artıq Neftçala RİH-nin başçısı İsmayıl Vəliyev başda olmaqla rayon rəsmiləri və kənd sakinləri şəhidin evinə toplaşmaqdadır.
 
Dəfn mərasimi sabah saat 13-də kənd qəbiristanlığında olacaq.
 

Şərhlər

Çox oxunanlar