Tərtərin icra başçısı: "Ermənilər mülki vətəndaşlara məxsus 31 fərdi yaşayış evini dağıdıb"

04.04.2016 00:37     Sosreaksiya     1152

"Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki vətəndaşlara məxsus 31 fərdi yaşayış evi dağıdılıb".

Bunu "Report"a açıqlamasında Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

O bildirib ki, ziyan dəyən 15 yaşayış evi rayonun Qaradağlı kəndində, 2 yaşayış evi şəhərin mərkəzində, digər yaşayış evləri isə Seyidimli və Şirxah kəndlərindədir: "Hazırda dəymiş ziyanın miqdarı dəqiqləşdirilir"

Report.az

Şərhlər

Çox oxunanlar