“Microsoft Office”dən 1,2 milyard insan istifadə edir

04.04.2016 10:58     Sosreaksiya     1144

Bu gün bütün dünyada “Microsoft Office” proqramının 1,2 milyard nəfər istifadəçisi mövcuddur və onların hər biri gündəlik ən azı 3-4 saat müddətinə bu proqramdan istifadə edir.
 
Bunu “Microsoft Build 2016” sərgisində iştirak edən şirkətin nümayəndələri bildiriblər.
 
“Android” və iOS əməliyyat sistemləri üçün “Office” mobil əlavəsinin istifadəsi daha geniş istifadə olunmağa başlayıb. Hazırda “Microsoft” istehsalı olan əlavəni 340 milyon istifadə yükləyib. 
 
“Office 365” xidmətinin istifadəçilərinin sayı da artmaqda davam edir. Bir ayda bu əlavədə 50 mindən artıq yeni korporativ istifadəçi qeydiyyatdan keçir. Xidmət vasitəsilə göndərilən məktubların sayı isə 4 trilyondan artıq olub. 
 
“Microsoft” şirkəti tərəfindən elan edilib ki, “Fortune” nəşrinin TOP 500 siyahısına daxil olan şirkətlərin 80 faizdən çoxu fəaliyyətində məhz bu şirkətin bulud xidmətlərindən istifadə edir. Belə ki, “Azure”nin qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 5 milyon nəfər təşkil edir. “Skype”dan həyata keçirilən zənglərin bir sutkada sayı isə 3 milyard dəqiqə təşkil edir. 
 
 
(Faktxeber.com)

Şərhlər

Çox oxunanlar