Azərbaycanda “Qaçqın və məcburi köçkünlərin repatriasiya haqqında” qanun layihəsi hazırlanır

04.04.2016 13:08     Sosreaksiya     746

Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsində işğal olunmuş rayonlardan olan məcbur köçkünlərin geri qayıtmasını nəzərdə tutan “Qaçqın və məcburi köçkünlərin repatriasiya haqqında” qanun layihəsi hazırlanır.

Komitə sədri Hadi Rəcəbli APA-ya bildirib ki, dünya təcrübəsində belə qanun mövcuddur. Onun sözlərinə görə, bu günlərdə Azərbaycan Ordusunun uğurlu əməliyyatları layihənin hazırlanmasına ehtiyac yaradır: “Son əməliyyatlar torpaqlarımıza geri dönməni təxirəsalınmaz fakt edib. Yeni qanun layihəsində qaçqın və məcburi köçkünlərin geri dönməsinin əsasları, geri dönmədə imtiyazlar və tələblər nəzərdə tutulub. Burada ərazinin minalardan təmizlənmə mexanizmi, həmin ərazilərə geri qayıdanlarla bağlı vergilərdən müəyyən müddətə azad olma, yeni iş yerlərinin yaradılması, geri dönənlərin birdəfəlik yardım alması və s. nəzərdə tutulub. Ailə qayıdırsa, ona təsərrüfatını bərpa etmək üçün birdəfəlik yardım edilə bilər. Orada iş yerləri yaradacaq sahibkarlar bütün vergilərdən azad olunacaq. BMT-nin Ali Qaçqınlar Komissarlığının Bakıdakı nümayəndəliyi ilə danışıqlar aparırıq”.

Şərhlər

Çox oxunanlar