Ermənilərin 3 tankı və 30-a yaxın hərbçisi məhv edildi

04.04.2016 14:43     Sosreaksiya     1109

Dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib.

Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunun növbəti təxribatına layiqli cavab verib. 

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 4-də erməni silahlı bölmələri Xocavənd-Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər. 

Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurublar. Əks hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib. 
Silahlı Qüvvələrimiz cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır.

Bu gün həmçinin ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi də darmadağın edilib. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib.

Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.

 

Şərhlər

Çox oxunanlar