Şəhid hərbçilərin bank borcu ləğv edilə bilər

04.04.2016 15:31     Sosreaksiya     772

Sabah Azərbaycan Beynəlxalq Bankının Baş ofisində də qanvermə aksiyası keçiriləcək.

Bu barədə Virtualaz.org saytına bankdan məlumat verilib. Bank əməkdaşları hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin müalicəsinə kömək məqsədilə qan verəcəklər.

Bankdan verilən məlumatda bildirilir ki, əməliyyatlar zamanı şəhid olmuş hərbçilərin, yaxud onların ailə üzvlərinin Azərbaycan Beynəlxalq Bankına kredit borcunun olub-olmadığı araşdırılacaq. Belə bir borc olduğu təqdirdə Bank bu borcların ləğvi barədə qərar qəbul edəcək.

Şərhlər

Çox oxunanlar