Milli Məclis bəzi məcəllə və qanunlara dəyişiklik edib
05.04.2016 14:48 Sosreaksiya 756
Milli Məclisin iclasında bir neçə qanunvericilik sənədlərinə dəyişiklik edilib.
APA-nın məlumatına görə, Torpaq, Mülki məcəllələr və "Banklar haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Sığorta fəaliyyəti haqqında", "İnzibati icraat haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlara dəyişiklik olunub.
Layihələr ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Şərhlər