"Bakı Metropoliteni"ndən xəbərdarlıq

06.04.2016 11:52     Sosreaksiya     690

"Elmlər Akademiyası” stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün dəyişdiriləcək.

“Bakı Metropoliteni” QSC-dən FaktXəbər-ə verilən məlumata görə, bunun üçün stansiyanın I vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır.

Bütün bunları nəzərə alaraq QSC sərnişinlərə xəbərdarlıq edir ki, "Elmlər Akademiyası" stansiyasının I vestibülü aprelin 15-dən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (BDU tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Şərhlər

Çox oxunanlar