"28 Mall" ticarət mərkəzinə bomba qoyulmasını deyən şəxs tutuldu

06.04.2016 14:55     Sosreaksiya     1385

“28 Mall” ticarət mərkəzinə bomba qoyması barədə yalan məlumat verən şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzindəki “Bazarstore” mağazasına bomba qoyması barədə məlumat verən Ağdaş rayon sakini, 33 yaşlı Rəvan Fətəliyev tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

 

(FaktXəbər.com)

Şərhlər

Çox oxunanlar