Qardaşını bıçaqlayana 5 il həbs cəzası verilib
06.04.2016 16:01 Sosreaksiya 1016
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamaqda təqsirləndirilən Kamil Novruzəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə K. Novruzəliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il noyabrın 1-də baş verib. Əvvəllər məhkum olunmuş, 1958-ci il təvəllüdlü Kamil Novruzəliyev münaqişə zəminində yaşadığı evin həyətində qardaşı, 1971-ci il təvəllüdlü Qabilə bıçaq xəsarəti yetirib. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K. Novruzəliyev tutulub.
Şərhlər