Selfi çubuğu gənclərə ölüm gətirdi

08.07.2015 11:50     Sosreaksiya     1989

Selfi yenə ölüm gətirdi.

ANS PRESS-in məlumatına görə, bu dəfə bədbəxt hadisə İngiltərədə baş verib. 

Povys bölgəsindəki dağların üzərində yürüyüşə çıxan 4 nəfəri ildırım vurub. Nəticədə onlardan ikisi ölüb, ikisi isə yaralanıb. 

Ölüm faktı ilə bağlı açıqlama verən rəsmilərin sözlərinə görə, hadisəyə səbəb selfi çubuğu olub. Belə ki, gəzənlərdən birinin əlində olan metal çubuq ildırımı özünə çəkib. 

Bu selfinin səbəb olduğu ilk ölüm hadisəsi deyil. Bundan öncə də elektrik qatarının üzərində şəkil çəkdirmək istəyən yeniyetməni elektrik cərəyanı vurmuşdu. 
Rusiyada "Selfie" çəkdirən məktəbli qız 8-ci mərtəbədən yıxılıb və ölüb. 

Son zamanlar sosial şəbəkə saytlarında "selfie" (şəxsin özünü çəkdiyi) şəkilləri paylaşmaq dəb halını alıb. Bu dəbin bütün dünyada geniş yayılması psixoloqları da bu barədə düşünməyə vadar edib. Amerikan Psixoloqlar Dərnəyi rəsmi olaraq "selfie"nin və bu şəkilləri sosial şəbəkədə paylaşmağın “Selfie xəstəlikdir" olduğunu açıqlayıb. 

Şərhlər

Çox oxunanlar