Kişi müştəri qəbul etməyən falçı...

02.06.2015 14:36     Sosreaksiya     8506

Bəs qiymətlər necədir?!

 

 

Son zamanlar cəmiyyətdə və kütləvi informasiya vasitələrində parapsixoloq, ekstrasens və falçı adı ilə çalışan bir neçə insanın həbsi  gündəmi dəyişdi.  Məşhur teleaparıcı İlham Mirzəyevin həbsi  bir çox televerilişlərdə  Həzrəti Sabir kimi iştirak edən vətəndaşın həbsindən sonra teleməkanlar bu tipli insanların  təbliğatını nisbətən dayandırdı. Təbliğatın zəifləməsi  müştərilərində azalmasına səbəb oldu.  Məcbur qalan insan dəlalları sosial şəbəkə və qəzetlərə hücum çəkərək müştərilərini buradan tapmağa cəhd etdilər. Müştəri ovuna çıxan bu tip insanların bəziləri ilə müxbir kimi yox, müştəri kimi əlaqə saxladıq.

Araşdırmamızı sizə təqdim edirik.

İlk öncə “facebook” sosial şəbəkəsində müştərilərini səsləyən Ekstrasens Tural  niki ilə fəaliyyət göstərən gəncin profilinə göz gəzdirdim. Müxtəlif dini kitab şəkilləri, şamlar, magiya vasitələri ilə Turalın profilini bəzəmişdi. Sonra haqqında bölməsindən həmin ekstrasensin telefon nömrəsini əldə edib onunla əlaqə saxladıq. Esktrasens Tural bizə çox qısa və ritorik cavab verdi: “Mən ancaq xanım müştəriləri qəbul edirəm”. 

Sonra daha bir ekstrasens xanım Ekstrasens Lamiyə nikli profillə fəaliyyət göstərən xanımla əlaqə saxladıq. Xanımın qəbulunun 50 manat olduğunu öyrəndik. Lakin ekstrasens xanım, bütün israrlarımıza rəğmən, telefon vasitəsi ilə heç  bir məlumat verməyəcəyini dedi.

Mövzu ilə bağlı əlaqə saxladığımız  “EKSTRA HİSS” televiziya verilişinin iştirakçısı və qaliblərindən biri olan Səmayə xanım oldu. Telefonu ardıcıl çalsa da, zəngimizi cavablandıran olmadı.

Falçı Məlahətin qızı kini tanınan Sevinc xanımla oldu. Zəngi xanımın qızı cavablandırdı və bildirdi ki,  Sevinc xanımın atası rəhmətə gedib və o, 40 gün boyunca Bakıda olmayacaq. Xanım onu da sözlərinə əlavə etdi ki, Sevinc xanım kişi müştəriləri qətiyyən qəbul etmir.

Beləcə araşdırmamızı sonlandırdıq. Bu həbslərdən nəticə çıxarıb bəzi falçılar qeybə çəkilib, bəziləri isə qəbulun qiymətin hədsiz qaldırıb. Nə dəyək?!

Dərdlərinin dərmanlarını falçıda axtaran adamlarla bağlı hüquqşünas və psixoloqla əlaqə  saxladıq. İlk öncə əlaqə saxladığımız NLP ustası, psixoloq Babək Bayramov bizə açıqlamasında bildirdi ki, falçılıq bu gün yaranmış bir sahə deyil: “İllərdir insanlar bir dərdləri, problemləri olduqda dərhal çarə axtarırlar. Bu  çarə isə hər zaman düzgün olmur. İnsanın savad və düşüncəsindən aslı  olmayaraq, hər insan çətin bir vəziyyətdə ekstrim şəraitdə falçıya müraciət edə bilər: “Amma bu falçılar bəzən özləri özlərini inkar edirlər. Onlar deyirlər ki, insanın bəxti əvvəlcədən yazılıb. Əgər bəxt əvvəlcədən yazılıbsa, bu falçı, ekstrasens insana necə təsir edə bilər. Bu tipli insanar bəzən özləri dediklərini əyani şəkildə inkar edirlər”.

Bu məsələnin hüquqi tərəfləri ilə bağlı vəkil Elmar Süleymanovla əlaqə saxladıq. Elmar bəyin dediklərin sizə dediklərini olduğu kimi sizlərə çatdırırıq: “Falçılarla yaşanan problemlər bu gün məhkəmələrdə aktualdır.  Təbii ki, mənim şəxsi düşüncəmə görə kiməsə xüsusi istedadın  və qabiliyyətin verilməsi real bir amil deyil.  Qanunda bu barədə heç bir maddə olmasa da,  falçılıq fəaliyyəti göstərən bu tip insanların əməlləri cinayət məcəlləsininin 178 - ci maddəsi ilə dələduzluqla cinayətə cəlb edir.  Bu tip insanların  ziyan vurduğu insanlar hüquq mühafizə orqanlarına  müraciət edə və hüquqlarını məhkəmə səviyyəsində qoruya bilərlər”. 

 

Əşrəf

 

reaksiya.az

Şərhlər

Çox oxunanlar