Cəbhə bölgəsində Ermənistanın pilotsuz uçuş aparatı endirilib - FOTOLAR

07.04.2016 21:38     Sosreaksiya     1432

Pilotsuz uçuş aparat təmas xəttində mövqelərimiz üzərində uçuşlar həyata keçirib.

Azərbaycan Silahlı Qüvvələri cəbhə bölgəsində ermənilərə məxsus pilotsuz uçuş aparat vurub.

Bu barədə ANS PRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Silahlı Bölmələri tərəfindən xüsusi üsulla endirilib", - məlumatda qeyd olunur.

 
 
 
 
 
 

Cəbhə xəttində müharibə aprelin 2-nə keçən gecə başlayıb. Aprelin 5-də günorta saat 12:00-dan isə atəşkəs barədə razılıq əldə olunub.

4 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin 200-ə yaxın hərbçisi, onlarla texnikası məhv edilib, yüzlərlə hərbçisi isə yaralanıb. Azərbaycan Ordusu isə işğal altında olan bəzi əraziləri, strateji yüksəklikləriazad edərkən 31 şəhid verib.


Müdafiə naziri Zakir Həsənov isə Ermənistana xəbərdarlıq edib ki, yaşayış məntəqələrimizə düşmən tərəfindən vurulan zərbələrin dayandırılmayacağı təqdirdə Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə dağıdıcı zərbələr endiriləcək.Atəşkəs razılığına baxmayaraq Ermənistan silahlı bölmələri cəbhə bölgəsində təxribatlar törətməyə davam edir. Silahlılar dinc sakinlərə atəş açmağa davam edirlər. Azərbaycan prezidenti bəyan edib ki, atəşkəs rejimi pozularsa, məsuliyyət Ermənistan tərəfi üzərində olacaq.

 

Şərhlər

Çox oxunanlar