Bakıdan Salyana qonaq getdi, evini yardılar

08.07.2015 12:29     Sosreaksiya     1804

Bakıda oğurluq hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, Bakıxanov qəsəbəsi S.Cabbarov küçəsi ev 4, mənzil 22-də yaşayan Svetlana Allahverdiyeva polisə müraciət edib. O, müraciətində iyunun 30-da Salyan rayonuna getdiyini və iyulun 7-də Bakıya qayıtdığı bildirib. S. Allehverdiyeva evə gələrkən naməlum şəxslərin evdən 500 AZN pulunu və qızıl boyunbağı oğurladığını bildirib. Oğrular evə evini plastik pəncərəni açmaq yolu ilə daxil olub. 

Faktla bağlı polis ərizə üzrə araşdırma aparır.

Şərhlər

Çox oxunanlar