Gəncədəki avtobus qəzasında yaralananların - siyahısı

08.04.2016 13:39     Sosreaksiya     1105

Gəncə şəhərində baş verən avtobus qəzasında 6 nəfər xəsarət alıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncədə 7 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu divara çırpılması nəticəsində 6 nəfər xəsarət alıb.

Təbriz küçəsində "İsuzu" markalı avtobusun idarəetmədən çıxması nəticəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasına gətiriliblər.

Yaralıların hamısına ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıb.

Qəza nəticəsində xəsarət alanlar aşağıdakılardır:

Gülnar Quliyeva 1974-cü il - döş qəfəsinin əziyi;

Gülşən Abdullayev 1977-ci il - üst çəndə dişin sınığı;

Aydan Nəbiyeva 1997-ci il - üst çənədə dişin sınığı;

Nəzakət Mehdiyeva 1969-cu il - alt çənənin əziyi;

Rəna Hüseynova 1980-ci il - döş qəfəsinin əziyi;

Azyaşlı 2004-cü il - sol gicgah nayihəsinin əziyi.

Şərhlər

Çox oxunanlar