Moskvada azərbaycanlı taksi sürücüsü öldürülüb - Hadisə

08.07.2015 12:33     Sosreaksiya     1841

Rusiya paytaxtının cənub-qərbində azərbaycanlı taksi sürücüsü qətlə yetirilib.

APA-nın “Interfax”a istinadən verdiyi məlumata görə, sürücünün meyiti iyulun 7-də təxminən saat 20:15 radələrində Moskva Dövlət Universiteti yaxınlığında idarə etdiyi taksinin yanında tapılıb.

 

Onun Azərbaycandan Rusiyaya işləmək üçün getmiş 36 yaşlı Şahlar Quliyev olduğu müəyyənləşdirilib.

 

İlkin versiyaya əsasən, naməlum şəxs ona bıçaqla ölümcül zərbələr vurub.

 

Hadisəni törədən şəxs axtarılır.

Şərhlər

Çox oxunanlar