Baş prokurorun qəbuluna düşmək istəyənlərin nəzərinə

08.04.2016 17:14     Sosreaksiya     863

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Zakir Qaralov cari il aprelin 15-də saat 11:00-da Ucar rayon prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Ucar, Yevlax, Ağdaş, Bərdə və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ucar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Şərhlər

Çox oxunanlar