Azərbaycanda iftarda kütləvi zəhərlənmə baş verdi - Hadisə

08.07.2015 11:55     Sosreaksiya     1777

Azərbaycanda kütləvi zəhərlərnmə hadisəsi baş verib. ANS PRESS-in əldə etdiyi məlumata görə, hadisə Zaqatala rayonunda, Çobankol kəndində olub.
 
Kənd sakini olan Musayevlər ailəsinin 8 üzvü bu gecə saat 02:30 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının İnfeksiyon Xəstəliklər şöbəsinə yerləşdiriliblər.
 
Şöbədən ANS PRESS-ə verilən məlumata görə, araşdırma nəticəsində məlum olub ki, ailə yedikləri qarpızdan zəhərlənib. Şöbə müdiri Şamil Xaldayevin sözlərinə görə, ailə üzvləri iftar açarkən gün altında qalan qarpız yeyiblər və bunun nəticəsində də zəhərləniblər.
 
"Zəhərlənənlər arasında daha 2 nəfər olub. Lakin onlar ilkin yardımdan sonra sonra ambulator müalicə üçün evə buraxılıblar. Bunlar Musayeva Pəri və Musayeva Nəzir olub. 
 
Zəhərlənənlər aşağıdakılardır: 
Sirac Musayev - 2014-cü il təvəllüd 
Günel Musayeva - 2001-ci il təvəllüd 
Gülbikə Musayeva - 1999-cu il təvəllüd 
Təbrik Merhan qızı Musayeva - 1980-cı il təvəllüd 
Mustafa Nəzirməmməd oğlu Musayev - 1976-cı il təvəllüdlü 
Pəri Qurban qızı Musayeva - 1952-ci il təvəllüdlü
 
Hazırda zəhərlənənlərin vəziyyəti normaldır. 
 
Qeyd edək ki, bu Zaqatalada yay mövsümü başlayandan ilk belə haldır. Bir neçə il öncə isə adıçəkilən rayonda bir ailə göbələkdən 
zəhərlənmişdi. Nəticədə ailənin iki övladı dünyasını dəyişmişdi.

Şərhlər

Çox oxunanlar