Şüvəlan çimərliyində bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə mühafizə postu yaradılıb
08.07.2015 13:25 Sosreaksiya 1806

Xəzər rayonunun Şüvəlan qəsəbəsində dəniz sahilində çimmək üçün qadağan olunmuş ərazidə bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən mühafizə postu yaradılıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mühafizəçilər adıçəkilən ərazidə çimməyin təhlükəli olması barədə vətəndaşları məlumatlandırıblar. Vətəndaşların göstərilən əraziyə daxil olmalarının qarşısı alınıb.
Şərhlər