Ayaqqabının dabanlarında heroin aşkar edildi
11.04.2016 15:11 Sosreaksiya 822
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitə aşkar edilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, həmin vətəndaşın ayaqqabısı rentgen qurğusunda yoxlanılarkən monitorda ayaqqabının hər bir tayının dabanında şübhəli predmetin təsviri görünüb. Təkrar baxış zamanı ayaqqabının dabanlarının sonradan oyularaq hazırlanmış oyuqlarında cəmi 2 ədəd bükümdə, ümumi xalis çəkisi 91,396 qram olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər